Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində ikinci tura start verilib. "Sabah" Bakıda ilk görüşünə çıxıb. Azərbaycan çempionu "Slaviya"nı (Praqa) qəbul edib. Təmsilçimiz matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.
Newsport.az xəbər verir ki, UEFA-nın Texniki Müşahidəçilər Qrupunun qiymətləndirməsinə əsasən matçın ən yaxşı futbolçusu matçın 88-ci dəqiqəsində yekun hesabı bəlli edən Coy Lens Mikels olub.
Qeyd edək ki, UEFA-nın təqdim etdiyi statistikaya əsasən, Mikels oyunda 10,9 kilometr məsafə qət edib. Onun maksimal sürəti saatda 32,7 kilometr olub.