"Sabah"ı məğlub etmək üçün yaxşı şansımız var" - "Slaviya"nın futbolçusu

Çexiyanın “Slaviya” (Praqa) klubunun hücumçusu Daniel Şturm sabah Bakıda “Sabah”a qarşı keçiriləcək Çempionlar Liqasının 2-ci turun matçı barədə danışıb.

Newsport.az xəbər verir ki, Çexiya klubunun futbolçusu "Sabah"a qarşı görüşdə uğurlu nəticəyə inandığını bildirib: 

"Çətin oyun gözləyirəm. Amma meydana qələbə qazanmaq üçün çıxacağıq. "Sabah"ı məğlub etmək üçün yaxşı şansımız var. Lakin bu, Çempionlar Liqasıdır və heç kimi qiymətləndirməmək olmaz. Çətin olacaq, amma inanıram ki, sonda razı qalacağıq".

Şturm həmçinin ötən mövsüm “Çelye”nin heyətində Avropa Liqasının təsnifat mərhələsinin “Sabah”la oyunu üçün Bakıya səfərini və komandasının 3:2 hesablı qələbəsini də xatırlayıb:

“Bu hissi yenidən yaşamaq istərdim”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right