"Sabah"ın Çempionlar Liqası oyunları üçün biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyi dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bir bilet almaqla “Sabah”ın “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli”yə qarşı keçirəcəyi oyunların hamısını stadiondan izləmək mümkündür.

Biletləri “iTicket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.

2-ci tur, 13 oktyabr 
20:45. "Sabah" - "Slaviya" (Çexiya)

3-cü tur, 20 oktyabr
20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr
21:45. "Sabah" - "Barselona" (İspaniya)

7-ci tur, 20 yanvar
21:45. "Sabah" - "Napoli" (İtaliya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right