Noyabrın 6-dan 15-dək Sloveniyada UEFA Millətlər Liqası formatında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Newsport.az xəbər verir ki, U-19 seçmə mərhələyə hazırlıq məqsədilə noyabrın 1-dən 5-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Oyunların təqvimini və dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
-
Şahməmmədova Mehriban – Neftçi
-
İsmayılova Güləsər – Neftçi
-
Əkbərova Aydan – Baku Cuniors
-
Ziyadova Aysel – Şəmkir
-
Mirzəyeva Aytac – Neftçi
-
Hüseynli Fatiməyi Zəhra – Sumqayıt
-
Həsənli Səma – Qəbələ
-
Seyidova Müjgan – Neftçi
-
Əhmədova Fatimə – Baku Cuniors
-
Həsənova Aydan – Neftçi
-
Kocabey Buse Nur – Asyaspor (Türkiyə)
-
Əliyeva Röya – Baku Cuniors
-
Hacıyeva Mələk – Baku Cuniors
-
Piriyeva Şəkər – Neftçi
-
Murtuzayeva Aysu – Neftçi
-
Haqverdiyeva İntizar – Neftçi
-
Abbaszadə Lalə – Neftçi
-
Əliyeva Nailə – Baku Cuniors
-
Abışova Fidan – Baku Cuniors
Oyunların təqvimi:
Azərbaycan – Kosovo
8 noyabr. Breziçe. Saat 15:00
Sloveniya – Azərbaycan
11 noyabr. Çatej. Saat 15:00
Moldova – Azərbaycan
14 noyabr. Breziçe. Saat 15:00
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.