Zubir “Qarabağ”dan ayrıla bilər

“Qarabağ” lideri Abdullah Zubirlə yollarını ayıra bilər. Newsport.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi iki ölkədən sərfəli təkliflər alıb.

31 yaşlı yarımmüdafiəçi bir müddətdi Səudiyyə Ərəbistanının “Əl-Riyad” klubunun gündəmindədi. Artıq Fransa Liqa 1 təmsilçiləri də onu heyətə cəlb etmək niyyətinə düşüblər. Konkret ad açıqlanmasa da, turnir cədvəlinin ortabablarının qış fasiləsində Zubiri transfer etmək istədikləri vurğulanıb.

Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Abdullah Zubirin ağdamlılarla müqaviləsi mövsümün sonuna qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right