“Şaxtyor”un yeni baş məşqçisi Azərbaycanda işləyib

Donetsk “Şaxtyor”u yeni baş məşqçisini müəyyənləşdirib.Newsport.az xəbər verir ki, Ukrayna klubu Patrik van Livenin yerinə bu posta Marino Puşiçi gətirdiyini açıqlayıb.
 
52 yaşlı bosniya və herseqovinalı mütəxəssis yeni komandası ilə 2026-cı ilin yayınadək müqavilə imzalayıb.
 
Puşiç məşqçilik karyerasına futzalda başlayıb. Maraqlıdır ki, o, daha sonra “Vitess” (2010-2013), “Breda” (2013-2014) və “Tvente” (2015-2018) ilə yanaşı, Azərbaycanda “İnter”də də fəaliyyət göstərib. Belə ki, Puşiç 2015-ci ilin fevralından iyununa qədər hazırkı “Şamaxı”da köməkçi-məşqçi olub.
 
Mütəxəssis 2018-ci ildən baş məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. O, bir dönəm “Tvente”ni çalışdırıb. Lakin daha sonra “Alkmar” və “Feyenord”da da köməkçi-məşqçi olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right