"Qəbələ" UEFA Gənclər Liqasında cavab oyununa çıxacaq

Bu gün “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" I mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü Norveçdən olan Məhəmməd Usman Aslam idarə edəcək.

Qeyd edək ki, tərəflər arasında Qəbələ şəhər stadionunda gerçəkləşən ilk oyun 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right