Futbol üzrə Azərbaycan II Liqasında VIII turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, bu gün "Cəbrayıl" öz meydanında "Şəfa"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 18-ə yüksəldən "Cəbrayıl" çempionatın lideridir. 4 xalı olan "Şəfa" isə 12-ci yerdədir.