AFFA rəsmisi Zaur Hacı-Məhərrəmov UEFA-dan daha bir təyinat alıb. Newsport.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan Millətlər Liqasının seçmə mərhələ oyununda iş başında olacaq.
Belə ki, Zaur Hacı-Məhərrəmov Sloveniya – Belarus qarşılaşmasının UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qarşılaşma oktyabrın 31-də Sloveniyada baş tutacaq.