AFFA U-14 Liqasının “İrəvan” – “Xocalı” oyunundan sonra futbolçular arasında dava düşüb. Newsport.az xəbər verir ki, AFFA İntizam Komitəsi baş verən xoşagəlməz hadisə ilə bağlı sərt cəzalar tətbiq edib.
Belə ki, qarşılaşma bitdikdən sonra “İrəvan”dan Vüqar Cəfərov, “Xocalı”dan isə İlkin Əbilli dava-dalaşda iştirak ediblər. Onlar rəqibə əllə zərbə vurduqları üçün 4 oyunluq cəzalandırılıblar.
Bundan başqa “Xocalı”nın köməkçi məşqçisi Hacı Qasımov 77-ci dəqiqədə texniki zona qaydalarını pozaraq, meydana daxil olub və hakimə kəskin etiraz bildirib. Bu, onun 2 oyunluq diskvalifikasiyasına səbəb olub.