AFFA İntizam Komitəsi “Sabah”ın meneceri İlqar İsrafilovu cəzalandırıb. Newsport.az xəbər verir ki, buna səbəb klub rəsmisinin Premyer Liqanın X turunda “Sumqayıt”la qarşılaşmadakı davranışı olub.
Belə ki, görüşün 78-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə alan İlqar İsrafilov 1 oyun cəzalanıb. Bakılılar 1000 manatlıq cəriməyə də məruz qalıblar.
Qeyd edək ki, oyun “Sabah”ın 3:1 hesablı qələbəsi ilə nəticələnib.