“Qəbələ”nin 2 futbolçusu diskvalifikasiya olundu

AFFA İntizam Komitəsi Premyer Liqanın X turunda “Araz-Naxçıvan”la keçirilən oyunda qırmızı vərəqə alan “Qəbələ”nin futbolçularının cəzalarını açıqlayıb. Newsport.az xəbər verir ki, görüşün 29-cu dəqiqəsində meydandan qovulan İlkin Qırtımov 1 oyun diskvalifikasiya olunub, “qırmızı-qaralar” 800 manat cərimələnib.
 
Matçın 60-cı dəqiqəsində ikinci sarı vərəqə alan Osama Xalayla da qarşıdakı bir turu buraxacaq. Bu isə “Qəbələ”ni əlavə 500 manat ziyana salıb.
 
Qeyd edək ki, oyun “Araz-Naxçıvan”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right