Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Newsport.az xəbər verir ki, komitə Premyer Liqanın X turunda baş tutan oyunlarda neqativə hallara hüquqi qiymət verib.
“Qarabağ” oyunda 5 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydanaçaya kənar şəxslərin daxil olması tovuzluları əlavə 800 manat da xərcə salıb.
“Neftçi” ilə ev görüşü bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğundan, “Səbail” 800 manat cərimələnib.
“Kəpəz”lə qarşılaşmada isə “Zirə”nin 5 oyunçusu sarı vərəqə alıb. Bu, bakılıların 700 manat cərimələnməsinə səbəb olub.