“Qarabağ”ın “Bayer”lə səfər oyunu rumınlara tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Almaniyanın “Bayer” və Azərbaycanın “Qarabağ” komandaları arasında keçiriləcək oyunun təyinatları bəlli olub.

Newsport.az xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Alexandru Cerei kömək edəcəklər. Dördüncü hakim funksiyasını Szabolş Kovaç yerinə yetirəcək. VAR-da portuqaliyalı Tiaqu Marins və italiyalı Paolo Valeri olacaq.

Oktyabrın 26-da baş tutacaq “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right