“Neftçi”nin Moskva “Spartak”ı ilə yaxın müddətdə Bakıda yoxlama görüşü keçirməsi mümkün görünmür.
Newsport.az xəbər verir ki, bunu Rusiya klubunun mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov açıqlayıb. O bildirib ki, məsələ ilə bağlı klubun konkret məlumatı yoxdur: “Neftçi ilə Bakıda keçiriləcək yoldaşlıq oyunu ilə bağlı məlumatımız yoxdur. Memorandum imzalanıb. “Neftçi”dən olan həmkarlarla münasibətlər yaxşıdır. Yoldaşlıq oyunu ilə bağlı yenilik olan kimi, klub ictimaiyyəti məlumatlandıracaq”.
Qeyd edək ki, yayda “Spartak” Moskvadakı “Otkritie Bank Arena”da “Neftçi” ilə yoldaşlıq görüşü keçirib və 2:0 hesablı qələbə qazanıb.