Türkiyə Superliqasında 8-cu tura yekun vurulub.
Newsport.az xəbər verir ki, son oyun günü 2 qarşılaşma keçirilib.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Karagümrük"ə məğlub olub. Şahruddinin adı matçın iştirak ərizəsində olub. Amma o, bu görüşdə meydana çıxmayıb.
23 oktyabr
"Trabzonspor" - "Alanyaspor" - 1:0
Qol: F.Aliti, 54-avtoqol
"Karagümrük" - "Adana Demirspor" - 2:0
Qollar: N.Sangere, 52, S.Dursun, 89
Bu nəticəsən sonra "Adana Demirspor" 17 xalla 3-cü, "Trabzonspor" 15 xalla 5-ci, "Alanyaspor" 10 xalla 11-ci, "Karagümrük" isə 9 xalla 13-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 27 xalla "Fənərbaxça" başçılıq edir.