Millimizin kapitanı: “Hədəfimiz dünya çempionu olmaqdır”

“Hazırlığımız yüksək səviyyədədir. İstər ölkə daxilində, istər ölkə xaricində yaxşı hazırlıq keçmişik. Komandamızda vəziyyət əladır”.

Newsport.az saytının məlumatına görə, bu sözləri dünya çempionatında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanan minifutbol millimizin kapitanı Seymur Məmmədov deyib.

Hava limanında jurnalistlərin suallarını cavablandırarkən o, mundiala çempionluq üçün yollandıqlarını bildirib: “Hədəfimiz dünya çempionu olmaqdır. Buna qədər Avropa çempionu olmuşuq. Azərbaycada hamı bizi çempion kimi tanıyır. Ona görə də azarkeşlər komandamızdan yüksək nəticə gözləyirlər. Biz də bu etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik”.

O, DÇ-da bütün rəqiblərə ciddi yanaşdıqlarını qeyd edib: “Dünya çempionatında zəif rəqib yoxdur. Ona görə də bizim üçün hər matç finala bərabər olacaq. Fərqi yoxdur, bu, qrup oyunudur, ya pley-off”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right