Futbol üzrə Azərbaycan II Liqasında VIII turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, bu gün "Dinamo" öz meydanında "Kür-Araz"ı qəbul edib. Qarşılaşma İmişli təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 12-yə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Dinamo" isə 10-cu yerdədir.
"Dinamo" - "Kür-Araz" 2:3
Qollar: Valeh Seyidov, 11, Elmin Əskərli, 29 - Ramazan Abbasov, 49, 73, Elariz Xəlilli, 67