"Qarabağ"ın oyununun məkanı dəyişdirildi

Azərbaycan Premyer Liqasının 11-ci turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun keçiriləcəyi məkan dəyişdirilib. 

Newsport.az-ın məlumatına görə, “Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək qadınlar arasında Millət Liqası çərçivəsində 31 oktyabrda oynanılacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib.

“Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib. Matç təqvimdə olduğu kimi "Araz-Naxçıvan"  - "Qarabağ" oyunu kimi keçiriləcək və 30 oktyabr saat 19:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right