Azərbaycan kubokunda 34 komanda: Liqa komandaları da yarışacaq!

Peşəkar Futbol Liqası daha bir alqışalayiq addıma hazırlaşır. Misli Premyer Liqası ilə yanaşı, I və II Liqa oyunlarını, həmçinin əvəzedicilərin yarışını uğurla təşkil edən qurum son illərin eybəcərliklərini unutduracaq.

AFFA-da da reallaşan müsbət dəyişikliklərdən sonra iki qurum əl-ələ verərək mütərəqqi addımar atmağa başlayıb. Belə ki, klublarda sabit maliyyə sisteminin tətbiqindən sonra onların yarışlarda iştirakına da nəzarət güclənib.

Bəlli olduğu kimi, noyabrın 2-də Azərbaycan Kubokunun 2023/24-cü illər mövsümünün püşkatma mərasimi keçiriləcək. Və son illər ilk dəfə yarışa bütün liqaların iştirakçıları qatılacaq. Son illər Premyer Liqa təmsilçilərinə I Divizionun bir neçə komandası qoşulurdusa, indi I və II Liqa komandaları da kubok uğrunda mübarizə aparacaq.

Beləliklə, ölkə kubokunda yeni mövsüm 34 komanda (10 Premyer Liqa, 10 I Liqa, 14 II Liqa) mübarizə aparacaq. Yarışın neçə mərhələdən ibarət olması, qaydaları, reqlamenti noyabrın 2-dəki püşkatma mərasimində açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right