"Zirə" İngiltərənin "Hall Siti" klubu ilə əməkdaşlıq edəcək

İngiltərənin "Hall Siti" klubunun prezidenti Acun Ilıcalı "Turan Tovuz" və "Zirə" klubunun rəsmiləri ilə görüşüb.

Newsport.az-ın məlumatına görə, 54 yaşlı funksionerə Premyer Liqa təmsilçilərinin forması hədiyyə olunub.

"Hall Siti" ilə Tovuz klubu arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə edilib

"Zirə"nin Müşahidə Şurasının sədri Orxan Məmmədov görüşlə bağlı şəxsi "X" hesabından paylaşım edib. O, səmimi keçən görüşdə iki klub arasında əməkdaşlıq, ölkəmizə əyləncə, idman və turizm sektorlarına sərmayələrdən söhbət etdiklərini vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right