“Turan-Tovuz”, “Qarabağ” və “Səbail”in 3 futbolçusu pasport problemi ilə üzləşiblər.
Newsport.az-ın əldə etdiyi məlumata görə, Rusiyada doğulan Tovuz klubunda oynayan 2005-ci il təvəllüdlü Əsəd Əsədov, onunla eyni yaşda olan və “Qarabağ”da çıxış edən Ukrayna doğumlu Nihat Mehrəliyev bu çətinliklə qarşılaşıb.
Digər futbolçu isə Gürcüstanda doğulan Raul Hacıyevdir. O, “Səbail”də baxışda olsa da, yoxlama oyunlarında meydana çıxsa da, müqavilə imzalaya bilməyib.
Adıçəkilən oyunçuların pasport problemi ilə üzləşməsi onların milli komandaya dəvət almasına da mane olur. U-19 yığmasında oynaya biləcək futbolçular hazırda çətinliyi aradan qaldırmaqla məşğuldurlar.