“Sabah” üçün yubiley

Azərbaycan Premyer Liqasının X turunda “Sumqayıt”la keçirilən oyun “Sabah” üçün yubileylə yadda qalıb. Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatı çərçivəsində öz meydanında 30-cu qələbəsini qazanıb. 
 
Qarşılaşma bakılıların 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
 
2018-ci ildən elitada mübarizə aparan "Sabah" bu uğura 75-ci qarşılaşmasında çatıb. Murad Musayevin kollektivi doğma arenasında 30 qələbə həddinə çatan 24-cü komandadı.
 
"Sabah" tarixində ilk ev qalibiyyətini 2018-19 mövsümündə əldə edib. Bu, 2018-ci il sentyabrın 16-na təsadüf edib. Komanda həmin gün “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right