"Turnir cədvəlindəki hazırkı mövqeyimiz bizi razı salmır. Daha çoxunu istəyirik. Meydana çıxdığımız matçlarda da daha yaxşı nəticəyə layiq olmuşuq. Sadəcə ilk dövrədə belə alındı".
Newsport.az-ın məıumatına görə, bu sözləri Sportal.az saytına açıqlamasında Bilel Auaşeriya deyib.
"Qəbələ"nin aparıcı üzvü Premyer Liqanın 10-cu turunun "Araz-Naxçıvan"la görüşü haqda da danışıb. O, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan rəqiblə oyun barədə bunları deyib:
"Araz-Naxçıvan” 14 xal yığıb və yaxşı da futbol nümayiş etdirib, uğurlu nəticə qazanıblar. Bərk və kompakt komandadır. Oyuna hazır olmalıyıq. İlk dövrədə onlara 0:2 hesabı ilə uduzmuşduq. Qol epizodlarında daha effektli olmuşdular. Lakin həmin matç geridə qalıb. İnanıram ki, bu dəfə bizim uğurlu nəticə istəyimiz reallaşar".