Azərbaycanın U-17 millisi Serbiyaya uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, Serbiyada keçirilən qrup oyunlarında meydan sahibi komanda ilə qarşılaşan yığmamız 1:5 hesabı ilə məğlub olub.  Azərbaycan millisinin yeganə qolu 11-ci dəqiqədə avtoqol kimi qeydə alınıb.

Millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 24-də Sloveniya yığmasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right