Səlahət Ağayev məşqlərə başladı

Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində öz meydanında "Kəpəz”i qəbul edəcək "İnter” məşqlərini davam etdirir.

Newsport.az saytının məlumatına görə, "bankirlər” Gəncə təmsilçisi ilə görüşə "İnter Arena”da hazırlaşır. 
 

Amma heyətdə itkilərlə. Belə ki, Rauf Əliyev, Laşa Kasradze və İvan Benitez zədə səbəbindən hələ azı 2 tur meydana çıxa bilməyəcək. Əvəzində əzələsi dartıldığı üçün elə bir o qədər zaman məşq edə bilməyən qapıçı Səlahət Ağayev sağalıb. Millinin qolkiperi artıq məşqlərə də başlayıb. Komandada cəzalı futbolçunun olmadığını da bildirək.

 
Qeyd edək ki, bu oyun sentyabrın 25-də "İnter Arena”da keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right