"Neftçi"nin legioneri "Qarabağ"ın maraq dairəsində

"Neftçi"nin yayda heyətinə qatdığı Yuri Matias «Qarabağ»ın maraq dairəsindədir.

Newsport.az sportinfo.az-a istinadən xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov braziliyalı müdafiəçini yaxından izləməyə başlayıb.

"Sambaçı"nın debüt mövsümündə sərgilədiyi oyun «köhlən atlılar»ın təcrübəli çalışdırıcısında böyük simpatiya yaradıb və onu öz sərəncamında görmək istəyindədir.

"Neftçi"də 2 qol vuran cənubi amerikalının öz mövqeyində yaxşı təsir bağışlaması, üstəlik, liderlik keyfiyyəti Qurbanovun diqqətini çəkib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right