İtaliya yığmasının oyunu azərbaycanlı hakimə tapşırıldı

Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan daha bir təyinat alıb. Newsport.az xəbər verir ki, referi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarını idarə edəcək.
 
O, 11-ci qrupun II turunda İtaliya - Şimali İrlandiya, III turunda isə Yunanıstan - İtaliya qarşılaşmalarında ədalət təmsilçisi olacaq. Vüsal Məmmədov isə həmin görüşlərdə yan xətt hakimi qismində ona kömək edəcək.
 
Qeyd edək ki, İtaliya - Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan - İtaliya matçı isə 31-də keçiriləcək. Qrupun bütün görüşləri İtaliyada olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right