Azərbaycan çempionatında biabırçılıq: Lider oyuna çıxmadı

“İrəvan” bu gün I Liqanın V turunda “İmişli”yə qarşı keçirəcəkləri səfər oyununda meydana çıxmayacaq. Newsport.az xəbər verir ki, komanda səfərə yollanmayıb.
 
Bu barədə adının açıqlanmasını istəməyən futbolçulardan biri məlumat verib.
 
O bildirib ki, maaşlar, vəd edilən bonuslar verilməsə, zədəli oyunçular əməliyyat edilməsə, tibbi ləvazimatlar çatdırılmasa, ekipirovka verilməsə, komanda meydana çıxmayacaq: “Bizə dedilər ki, yalnız yarım ayın maaşını verə bilərik. Amma onunla razılaşmadıq. Tələblərimiz yerinə yetirilməyənə qədər meydana çıxmayacağıq”.
 
Xatırladaq ki, “İrəvan” I Liqanın lideridir. Klub yaradılandan bəri futbolçulara maaş verilməyib. Bu səbəbdən onlar məşqlərə çıxmaqdan imtina edir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right