Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibi Estoniya yoldaşlıq görüşü keçirib. Newsport.az xəbər verir ki, adıçəkilən komanda Tailandla qüvvəsini sınayıb.
Tallində baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. 71-ci dəqiqədə estonlar hesabı açsalar da, cəmi 5 dəqiqə sonra bərabərlik topu vurulub.
Estoniya yığmasına çağırılan “Sumqayıt”ın hücumçusu Erik Sorqa matça ehtiyatdan başlayıb. O, yalnız 84-cü dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan millisi Tallində Estoniyanı 2:0 hesabı ilə məğlub edib.