1-ci liqada 5-ci tur: "İmişli" lideri qəbul edir

Bu gün futbol üzrə Azərbaycan 1-ci liqasında 5-ci tura start veriləcək.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. "İmişli" doğma meydanda lider "İrəvan"ı qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.

Turun digər oyunları 19 və 20 oktyabr tarixlərində keçiriləcək.

Azərbaycan 1-ci liqası, 5-ci tur

18 oktyabr

15:00. "İmişli" – "İrəvan"
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rasim Axundov, Mahmud Bağırzadə
İmişli şəhər stadionu

19 oktyabr

13:00. "Qaradağ Lökbatan" – "Zaqatala"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Neftçi Futbol Mərkəzi (4-cü meydança)

15:00. "Araz Saatlı" – "Difai Ağsu"
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Samir Qaracayev, Əkbər Əhmədov
Saatlı OİK stadionu

15:30. "Karvan" – MOİK
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Aydın Baxşıyev, Namiq Bəkirov
Yevlax şəhər stadionu

20 oktyabr

15:00. "Şamaxı" – "Mingəçevir"
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov
Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right