“Qarabağ”ın rəqibinin daha bir futbolçusu nəhənglərin hədəfində

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi Almaniya Bundesliqasında uğurlu çıxış etdikcə futbolçuları da diqqət mərkəzinə düşür. Bu gedişlə “Bayer” yen mövsümə tam fərqli heyətlə başlayacaq.

Newsport.az xəbər verir ki, leverkuzenlilər Florian Virtzi itirə bilər. “Bayern” və “Barselona” 20 yaşlı hücumçunu transfer etmək üçün rəqabətdədir. Hücumçu özü İspaniya nəhənginin azarkeşidir, amma bu transferin taleyini maliyyə məsələləri həll edəcək.

“Bayer” yetirməsi olan Virtz 2020-ci ildən əsas komandada çıxış edir. Onun leverkuzenlilərlə daha 4 illik müqaviləsi var. Futbolçunun transfer dəyəri 85 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right