Saşa Kalayciç: “Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü”

“Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü”.

Newsport.az-ın məlumatına görə, bunu Avstriya yığmasının futbolçusu Saşa Kalayciç deyib.

26 yaşlı hücumçu AVRO-2024-ün seçmə mərhələsinin oyununda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri üçün xoşbəxt olduqlarını vurğulayıb. O, Toral Bayramovun oyunun sonlarında qaçırdığı əlverişli epizodu dəyərləndirib: “Hamımız şokda idik. O, gözlənilmədən qapının önündə peyda oldu. Heç birimiz bunun necə baş verdiyini anlaya bilmədik. Onun əlverişli şansdan yararlana bilməməsinə görə çox şadam”.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizə qalib gələn Avstriya yığması xallarının sayını 16-ya çatdırmaqla Avropa çempionatına vəsiqəni rəsmiləşdirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right