Avstriya millisinin yarımmüdafiəçisi: “Həmin epizodda bəxtimiz gətirdi”

“Həmin epizodda bəxtimiz gətirdi”.

Newsport.az xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Nikolas Zayvald AVRO-2024-ün seçmə mərhələsinin oyununda Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşma haqda danışarkən deyib.

22 yaşlı yarımmüdafiəçi matçın sonlarında millimizin üzvü Toral Bayramovun fərqlənə bilmədiyi epizodu şərh edib: “Onu qapımız önündə nəzarətsiz dayanan şəkildə gördükdə, qolun olmaması üçün dua etməyə başladım. Onun zərbəsinin dirəyə tuş gəlməsi inanılmaz rahatlıq verdi. Amma istəniulən halda, biz uğuru haqq etmişdik”.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizə 1:0 hesabı ilə qalib gələn Avstriya yığması xallarının sayını 16-ya çatdırmaqla Avropa çempionatına vəsiqəni rəsmiləşdirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right