21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub. Newsport.az xəbər verir ki, heyətə 3 oyunçu cəlb olunub.
Bolqarıstanın “Arda” klubunun müdafiəçisi Cəlal Hüseynov, “Qəbələ”nin yarımmüdafiəçisi Emin Səfərov və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə 21-in düşərgəsinə qoşulublar. Onlar əsas millinin toplanışını tərk edərək, Samir Əliyevin sərəncamına keçiblər.
U-21 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində “Azersun Arena”da Lüksemburqu qəbul edəcək.