"Bakı"nın sabiq baş məşqçisi Bojidar Bandoviçin yeni iş yeri müəyyənləşib.
Newsport.az xəbər verir ki, serbiyalı mütəxəssis Tailandın "Praçuap" klubu ilə müqavilə imzalayıb. Bu barədə yüksək liqa təmsilçisinin saytı məlumat yayıb.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2012-2013 mövsümündə "Bakı"nı çalışdırıb. O, 2017-2020-ci illərdə isə hazirda Azərbaycan millisinin hüxumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted"in (Tailand) baş məşqçisi olub..