Azərbaycan - Avstriya oyununa beş minə yaxın bilet satılıb

Bakıda Azərbaycan və Avstriya milliləri arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunu üçün indiyədək 5 000-ə yaxın bilet satılıb.

Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

O, hazırda qarşılaşma üçün 4661 biletin alındığını bildirib.

Qeyd edək ki, 31 200 azarkeş tutumuna malik olan Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan - Avstriya görüşü bu gün, saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right