Türkiyənin "Sarar" firmasının əməkdaşı Məsut Dəmirtaş "Qəbələ" ilə əməkdaşlıq etməyə başlamalarından danışıb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Biz 1996-cı ildən Türkiyə yığması ilə çalışırıq. "Beşiktaş" və "Trabzonspor"la əməkdaşlıq edirik. "Qalatasaray" kimi komanda ilə çalışmışıq. "Qəbələ" ilə əməkdaşlığa başlamağımıza səbəb isə bu komandanın Avropa arenasındakı uğurlarıdır. Ümid edirik ki, bu komanda qrupdan da çıxmağı bacaracaq".