Millimiz Avstriyaya məğlub oldu Yenilənib

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində 6-cı oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Avstriyanı qəbul edirb. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan matç Avstiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Avstriya millisi Avro-2024-ün final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 6 matçdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb

Bu gün qrupun digər matçında Belçika evdə İsveçlə qarşılaşacaq.

Qeyd edək ki, Azərbayca millisi oktyabrın 13-ü keçirilən 5-ci oyununda səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib. Bu, komandanın Avro-2024-ün seçmə mərhələsində ilk qalibiyyəti olub.

16 oktyabr

20:00. Azərbaycan - Avstriya - 0:1 

Qol: Marsel Sabitzer, 48-pen.

Qırmızı vərəqə: Quido Burgstaller, 90+4 (Avstriya)

Baş hakim:  Aristotel Diamantopulosd (Yunanıstan)

Tofiq Bəhramov adına Respublika stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right