"Neftçi" ÇSKA-nın forvardı ilə maraqlanır

"Neftçi"nin transfer siyahısında yer alan forvardlardan birinin adı bəlli olub.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" "ÇSKA 1948"də çıxış edən Runi Evanın xidmətində maraqlıdır. 

Bakı təmsilçisi ötən mövsümü “Turan-Tovuz”da keçirmiş kamerunlu forvardın keçidini həll etmək istəyir. Təbii ki, bu, siyahıda ondan əvvəl yer alan futbolçulardan birinin keçidinin baş tutmamasından sonra reallaşa bilər. Runinin Bolqarıstan klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

O, bu mövsüm Bolqarıstan çempionatında 5 oyuna 1 qol vurub. Eva karyerası ərzində “Apejes”(Kamerun), “Çaniya”, “Trikala”, “Asteras”, “Veriya”, “Aititos Spaton”, “Karaiskakis” (hamısı Yunanıstan), “Aljir”, “Ain Mlila”(hər ikisi Əlcəzair), “Keçiorengücü”(Türkiyə) klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right