"Benfika"nın keçmiş qolkiperi "Kəpəz"lə bağlı paylaşım etdi: "Mənə güvənə bilərlər" Foto

“Kəpəz”in yeni transferi İqor Rodriqes instaqram səhifəsində paylaşım edib.

Newsport.az-ın məlumatına görə, Gəncə klubunun portuqaliyalı qapıçısı keçidi haqda bunları yazıb:

“Kəpəz”də oynayacağımı elan etdiyim üçün çox şadam. Ailəmdən ilk dəfə uzaqlaşıram, amma çalışacam ki, legioner həyatı yaşamağıma dəysin. “Kəpəz” və azarkeşləri işimə bağlılığıma, daha çox çalışacağıma, peşəkarlığıma, ümumilikdə mənə güvənə bilərlər."

İqor 2024-cü il iyunun 30-na qədər “Kəpəz”in qapısını qoruyacaq. O, “Benfika”, “Çaveş”, “Eştoril”, “Sportinq Kovilya”, "Feyrense" klublarının qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right