Rodriges Filyo rəsmən "Neftçi"də FOTO

“Neftçi” klubu Jairo Rodriges Filyo ilə müqavilə imzalayıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  braziliyalı müdafiəçi ilin sonunadək “ağ-qaralar”ın şərəfini qoruyacaq. Filyo “Neftçi”də 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 23 yaşlı Jairo Rodriges Filyo bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right