Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə oyundan (2:0) sonra təşkil edilən mətbuat konfransında qalmaqal yaşanıb.
Newsport.az-ın məlumatına görə, jurnalist "Estoniyaya qalib gәlsәk dә, etiraf etmәliyik ki, çoxdandı belә zәif rәqiblә oynamamışdıq..." deyə fikir səsləndirib. De Byazi isə jurnalistin bu fikrinə qəzəblənib. O, əsəbi halda cavab verib: "Siz sevinməyi bacarmırsınız. Sual çətin deyil, sadəcə, sual verə bilmirsiniz...Bu, sizin probleminizdir"