Canni De Byazi: "Yaxşı oyun göstərdik"

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Canni De Byazi qarşılaşmadan sonra açıqlamalar verib:

“Oyuna yaxşı başladıq, erkən dəqiqədən qol vurduq. Fiziki cəhətdən güclü rəqibə qarşı mübarizə apardıq. Bu cür oyunda çox qaçmalısan, mübarizə aparmalısan. Əgər bunu etməsəydik, çox çətin ola bilərdi. Yaxşı oyun göstərdik. Əvəzetmələrə gəlincə, Rahil Məmmədov, Emin Mahmudov və Mahir Emrelini sarı vərəqələri olduğu üçün əvəzlədim”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right