Qəbələ üçün yeni direktor və tərəfdaş

"Qəbələ" klubunun rəhbərliyi bu gün mətbuat konfransı keçirib.

Newsport.az-ın  məlumatına görə, mərasimdə klubla bağlı bir sıra yeniliklərə aydınlıq gətirilib.

Belə ki, bölgə klubu məşhur "Sarar" firması ilə müqavilə imzalayıb. Bu müqaviləyə əsasən bundan sonra "Qəbələ"nin forma və digər geyimlərini sözügedən şirkət təmin edəcək. Hansı ki, Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klublarını da idman geyimləri ilə məhz sözügedən şirkət təmin edir.

"Qəbələ" ilə bağlı daha bir yenilik klubun kommersiya direktoru postunun yaradılmasıdır. Bu posta da türkiyəli iş adamı təyin olunub. Bu, vaxtilə qardaş ölkədə hakimliklə məşğul olmuş Mustafa Aztopaldır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right