"Trua"nın sabiq forvardı "Kəpəz"də

"Kəpəz" növbəti transferini açıqlayıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Adama Nianeni heyətinə qatıb.

Malili forvard mövsümün sonuna kimi "sarı-göylər"ə məxsus olacaq.

Nianenin son komandası İranın "Nassaji" klubudur. O, "Nant", "Trua", “Soşo”, “Şarlerua” və “Oestende" klublardına oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right