Millinin heyətində dəyişiklik edildi

Oktyabrın 14-də və 16-da Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Newsport.az-ın məlumatına görə, qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək U-19-un heyətindən Rauf Hacıyev (“Rustavi”, Gürcüstan), Nihat Mehrəliyev (“Qarabağ”) və Əsəd Əsədov (“Turan Tovuz”) çıxarılıb.

Onların əvəzinə Əkbər Eybov (“Səbail”) və İbrahim İbrahimli (“Qarabağ”) düşərgəyə qoşulub.

Bakı toplanışından sonra Özbəkistana gedəcək yekun heyət müəyyənləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right