"Oyunçularımız müsbət nəticə qazanmaq üçün alışıb-yanırlar”

Futzal üzrə Azərbaycan milli komandası Qazaxıstanla sabah keçiriləcək oyunun hazırlığını yekunlaşdırıb.

Newsport.az xəbər verir ki, dünən Astanaya gedən Azərbaycan futzalçıları bu gün matçın keçiriləcəyi Arenada oyunöncəsi məşqini keçib.

Hazırlıq prosesindən sonra baş məşqçi Vitali Borisov azfutzal.az-a açıqlama verib: “Komandada ümumi olaraq vəziyyət yaxşıdır. Birinci oyundan sonra iclasımız oldu, səhvlərimizi və müsbət məqamları müzakirə etdik, ikinci görüşdə nələri etməli olduğumuzu dedik. Bakıdan dünən axşam saatlarında yola çıxdıq və bu gün oyunun keçiriləcəyi Arenada matçöncəsi məşqimizi reallaşdırdıq. Arena çox yaxşıdır, parket sürətli oynamağı tələb edir. Ümid edirəm ki, sabah bizi maraqlı görüş gözləyir. Şanslar 50-nin 50-yədir. İlk oyunla müqayisədə heyətimizdə bir dəyişiklik var. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşən Felipinyonu Amir Sojaei ilə əvəzləmişik. Əhval-ruhiyyəmiz yaxşıdır, hər kəs qarşılaşmaya köklənib. Uşaqlarda istək böyükdür. Müsbət nəticə qazanmaq üçün sanki alışıb-yanırlar”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right