İsveç millisinin baş məşqçisi: “Neftçi”nin idman direktoru geniş səriştəyə malikdir”

“Neftçi”nin yeni idman direktoru Yens Andersson geniş səriştəyə malikdir”.

Newsport.az xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yanne Andersson yerli mətbuata açıqlamasında deyib.

O, yığmanın idman direktorunun ötən ay Azərbaycan klubuna təyin olunmasına münasibət bildirib. Andersson bu keçidi millisi üçün ciddi itki hesab edir: “Məncə, Anderssonun buranı tərk etmək qərarı bizim üçün utancvericidir. Çünki o, bizə lazım olan keyfiyyətlərə sahibdir. Həm klub səviyyəsində, həm də İsveç elit futbolunda böyük təcrübəsi var”.

Qeyd edək ki, 50 yaşlı Yens Andersson 2022-ci ildən bu ilin sentyabrına kimi İsveç yığmasında fəaliyyət göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right