Avro-2024-ün seçmə mərhələsində keçiriləcək Estoniya - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Almaniya Futbol Federasiyasından Robert Şröder idarə edəcək. Ona Kristian Gittelmann və Robert Vessel kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Estoniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.